23.02.2025, 01:49
AZ EN
16.01.2024, 16:45 219

“Wikipediya”da özbək dilində Zəngəzur haqqında bölmə yaradılıb

XƏBƏRLƏR
  • Qədim Azərbaycan diyarı olan Zəngəzur mahalı haqqında Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib. Bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.

Məqalənin “Tarix” bölməsində arxiv sənədləri və tarixi faktlar əsasında məlumat verilir ki, 1905-1907-ci illər, eləcə də 1918-1920-ci illər ərzində erməni dəstələri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar edib və bu hücumlar nəticəsində 100-dən çox kənd talan edilib, yandırılıb və yer üzündən silinib.

Özbək dilində yaradılmış vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb. “Iqtisodiy afzalliklari” (İqtisadi üstünlüklər) adlı bölməsində isə Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacağı da qeyd olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər