19.04.2024, 18:49
AZ EN
16.11.2022, 16:03 408

Azad edilmiş ərazilərdə biznes subyektləri vergidən tamamilə azad olunacaq

XƏBƏRLƏR
  • 2023-cü il yanvarın 1-dən azad edilmiş ərazilərdə biznes subyektləri vergi yığımlarından tamamilə azad olunacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov 3-cü Maliyyə və İnvestisiya Forumunda deyib.

O bildirib ki, həmin ərazilərdə sahibkarlar 10 il müddətinə istiqrazlar üzrə vergilərdən də azad ediləcək.

N.İmanov əlavə edib ki, kənd təsərrüfatı sektorunun subsidiyalaşdırılması nəzərdə tutulur.

"Kənd təsərrüfatı sahibkarlarını yeddi il müddətinə daşınmaz əmlak və torpaq vergilərindən azad etmək planlaşdırılır. Həmçinin, 2024-cü ilədək icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur", - deyə bildirib.

Onun sözlərinə görə, 2023-cü ildən vergi borcları olan şəxslər bank hesabı aça biləcəklər. (Trend)

Oxşar xəbərlər