Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında bildirib.
"Turizm – 20-dən çox sahəni əhatə edən mürəkkəb iqtisadi sistemdir. Beləliklə, turizm iqtisadiyyatın bir çox sahələrinə toxunaraq güclü multiplikativ effekt yaradır. Həmçinin qeyd etmək istəyirəm ki, turizmə yatırılan hər bir investisiya yeni infrastrukturun və daha keyfiyyətli xidmətlərin yaradılmasına gətirib çıxarır, bu da öz növbəsində Azərbaycanın dünya bazarında rəqabətədavamlı turizm istiqaməti kimi mövqeyini gücləndirir. Rusiya tərəfini Azərbaycanın zəngin turizm potensialını kəşf etməyə və turizm sektoruna investisiya imkanlarından yararlanmağa dəvət edirəm", - o vurğulayıb.
Agentliyin rəhbəri bildirib ki, hökumətin, biznesin və beynəlxalq tərəfdaşların sıx əməkdaşlığı sayəsində Azərbaycan həm turistlər üçün populyar istiqamət, həm də dayanıqlı investisiyaların cəlb edilməsi üzrə etibarlı mərkəz kimi öz mövqelərini daha da möhkəmləndirəcək. (Report)