19.06.2025, 02:47
AZ EN
14.11.2022, 11:20 438

Ağdamda ilin doqquz ayında məhsul istehsalı 43 faiz artıb

XƏBƏRLƏR
  • Ağdam rayonunda 2022-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 43 faiz artaraq 315 milyon 980,7 min manat olub. Məhsul və xidmətlərin 94,3 faizi istehsal, 5,7 faizi isə xidmət sahələri üzrədir.

Bu barədə Ağdam Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumi məhsul buraxılışının 47,7 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. İlin 9 ayında 18 milyon 837,8 min manatlıq sənaye, 150 milyon 670,9 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 128 milyon 459,9 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. 1 milyon 890,3 min manatlıq nəqliyyat, 624,9 min manatlıq informasiya və rabitə, 15 milyon 496,9 min manatlıq ticarət xidmətləri göstərilib. (AZƏRTAC)

Oxşar xəbərlər