Bunu “KOLIN Azerbaijan” şirkətinin baş meneceri Barış Altıparmak ADA Universitetində keçirilən 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School - BSES 2025) açılış mərasimində bildirib.
"Siz Azərbaycanı sadəcə təhlükəsiz hava məkanına malik bir ölkə hesab edirsiniz? Onun ərazisindən keçən enerji dəhlizlərinə baxın: Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi və etibarlılığı məhz buradan təmin olunur. Bu isə Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir və biz bu tərəqqini şəxsən müşahidə edirik", - B.Altıparmak vurğulayıb.
O, həmçinin qeyd edib ki, xüsusilə Qarabağ regionunda həm infrastruktur, həm də enerji və qaz yataqlarının işlənilməsi sahələrində həyata keçiriləcək çox iş var. (Report)