22.11.2024, 12:47
AZ EN
29.02.2024, 17:16 208

Cəbrayılda "Şəfəq" günəş elektrik stansiyasının tikintisinə bu il başlanıla bilər

XƏBƏRLƏR
  • Cəbrayıl rayonunda tikiləcək “Şəfəq” (Sunrise) günəş elektrik stansiyasının təməli cari ilin ikinci yarısında baş tuta bilər.

Bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov “Caspian Energy Club” tərəfindən təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda “Caspian Energy Meet Up” zamanı bildirib.

Onun sözlərinə görə, BP-nin iştiraki ilə tikiləcək elektrik stansiyasının tikintisi sahəsində lazımi işlər yerinə yetirilir.

Sahib Xəlilovun fikrincə, günü 240 MVt olacaq "Şəfəq" stansiyasında elektrik enerjisinin istehsalına artıq bu ilin ikinci yarısında başlanıla bilər.

"Təməlqoyma mərasimi, yaginki, bu ilin ikinci yarısında baş tutacaq. Gələn ilin ikinci yarırısında, sonunda, ola bilsin ki, həmin ərazidə istehsala başlanıla bilər", - Sahib Xəlilov qeyd edib.

Qeyd edək ki, ötən ilin sentyabrında SOCAR, BP və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” layihəsinə daxil olmaq niyyətini əks etdirir. (APA)

Oxşar xəbərlər