17.04.2026, 16:10
AZ EN
17.04.2026, 13:42 113

Prezidentin köməkçisi: "Problemləri regiondakı tərəfdaşlarımızla birlikdə həll etməliyik"

XƏBƏRLƏR
  • Azərbaycan regiondakı problemlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasını nəzərdə tutan regional sahiblik konsepsiyasının tərəfdarıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

Hikmət Hacıyev bildirib ki, qlobal qeyri-sabitlik və nizamın pozulduğu bir dövrdə beynəlxalq platformalar mühüm əhəmiyyət daşıyır: “Belə toplantılar qlobal çağırışların və problemlərin birgə müzakirəsi üçün vacibdir”.

O qeyd edib ki, Azərbaycan üçün regional sahiblik regiona aid məsələlərin kənar müdaxilə olmadan, birbaşa region ölkələrinin iştirakı ilə həll edilməsini nəzərdə tutur: “Biz hesab edirik ki, problemləri özümüz, regiondakı tərəfdaşlarımızla birlikdə həll etməliyik və kənardan diktə olunan yanaşmalara yol verməməliyik”.

Prezidentin köməkçisi vurğulayıb ki, eyni zamanda, regional sahiblik ortaq məsuliyyət və liderlik deməkdir: “Biz regiondakı dost və qardaş ölkələrlə birlikdə bu məsuliyyəti bölüşürük və əməkdaşlığı genişləndiririk”.

Onun sözlərinə görə, Azərbaycan diplomatiya və dialoq vasitəsilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq qurur. (APA)

Oxşar xəbərlər