19.10.2024, 17:18
AZ EN
27.08.2022, 13:50 474

Xüsusi nümayəndə: Zəngilanın bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınır

XƏBƏRLƏR
  • Zəngilan dağıntılara ən çox məruz qalmış rayonlardan biridir. Zəngilanın yenidən qurulması və bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqdadır.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda Zəngilanda indiyədək gerçəkləşən və həyata keçiriləcək layihələr haqqında danışarkən bildirib.

V.Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın artıq başladığını diqqətə çatdırıb. Bildirib ki, Zəngilanda “Ağıllı kənd” layihəsi həyata keçirilib. O, bu layihənin reallaşdırıldığı Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.

Prezidentin xüsusi nümayəndəsi Zəngilanda hava limanının inşasının davam etdiyini də bildirib. O, həmçinin Zəngilanda ekoturizm və aqroturizm, eləcə də günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edib. Deyib ki, bununla da regionun təbiətinə zərər vermədən bölgəni elektrik enerjisi ilə təmin etmək mümkün olacaq.

Oxşar xəbərlər