23.12.2024, 23:36
AZ EN
24.05.2024, 11:31 302

Muxtar Babayev: COP29-un proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq

XƏBƏRLƏR
  • COP29-un proqramı təkcə maliyyə məsələləri ilə məhdudlaşmayacaq. Su problemləri, torpaqların deqradasiyası, yaşıl kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sağlamlıq, gənclər və s. kimi bir çox digər vacib məsələlər var. Bakıda bu məsələləri müzakirə edəcəyik.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib.

M.Babayev qeyd edib ki, maliyyə COP üçün əsas mövzusudur: "Bu, o qədər də asan deyil, sövdələşmə çətindir, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu maliyyəyə olan gözləntiləri çox yüksək olduqda uyğun yol tapmaq lazımdır. Biz tərəflərin mövqeyini bir-birinə daha da yaxınlaşdırmaq üçün əlimizdən gələni etməliyik və düşünürəm ki, tərəflərdən bəzi müsbət siqnallar var. Bütün ölkələr indi öz səylərini birləşdirməyin, bir-birini başa düşməyin nə qədər vacib olduğunu anlayırlar. 2024-cü ildə Bakıda yaxşı nəticələr tapmaq üçün bu, vacibdir".

Nazir əlavə edib ki, COP təşəbbüslərini hazırlamaq üçün hələ vaxt var.

"Ona görə də biz bunu sizinlə müzakirə etməyə çox açığıq. Eyni zamanda, builki təqvimimiz haqqında sizə bir qədər məlumat vermək istərdim. Ən az inkişaf etmiş ölkələrlə, adalarla görüşmək üçün Antiqua, Barbudaya getməyi planlaşdırırıq. Düşünürəm ki, bizim çoxlu suallarımız, onlarla müzakirə edəcəyimiz mövzular var. Biz orada bir neçə əlavə tədbirlər təşkil etməyi, həm də ölkəmizi dünyaya tanıtmağı, bu böyük proqramı, bu böyük öhdəliyi necə yerinə yetirməyə hazır olduğumuzu göstərməyi planlaşdırırıq", - o vurğulayıb. (Report)

Oxşar xəbərlər