21.02.2026, 21:46
AZ EN
21.02.2026, 14:28 117

Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb

XƏBƏRLƏR
  • Bu ilin yanvar ayında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 56,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 53,5 milyon kVt-saat və ya 21,6 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 18,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 2,5 milyon kVt-saat və yaxud 15,6% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkil edib. (Trend)

 

Oxşar xəbərlər