19.06.2025, 09:49
AZ EN
25.04.2025, 12:56 239

Azad edilmiş ərazilərdən ixrac edilən məhsullara 100 % logistika subsidiyası tətbiq ediləcək

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərdən ixrac edilən məhsullar üzrə 100 % həcmində logistika subsidiyası tətbiq ediləcək.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib

Onun sözlərinə görə, Azərbaycanda logistikanın subsidiyalaşdırılması ilə bağlı yeni mexanizm yaradılır: “AZPROMO hazırda yeni mexanizmlərin yaradılması üzərində işləyir. Bu istiqamətdə bu il təsdiqlənməsi gözlənilən logistikanın subsidiyası mexanizimdir”.

O qeyd edib ki, bu çox önəmli bir mexanizmdir: “Bu mexanizm qeyri-ənənəvi bazarlara tətbiq ediləcək dəstək mexanizmdir. Bu mexanizm çərçivəsində logistikanın 75 %-nə qədər subsidiyalaşdırılması nəzərdə tutulur, işğaldan azad edilmiş ərazilərdən ixrac edilən məhsullar üzrə isə 100 % həcmində subsidiyalaşma tətbiq ediləcək”. (Report)

Oxşar xəbərlər