ASCO-dan bildirilib ki, ümumi tutumu 8831,49 kubmetr olan 6 neft anbarından ibarət tanker hazırda Azərbaycan bayrağı altında xarici sularda istifadə edilir. Tankerlə Gürcüstan, Yunanıstan, Türkiyə, Moldova, Rumıniyaya aid müxtəlif limanlar arasında neft və neft məhsullarının daşınması həyata keçirilir.
İstismara verilməsindən ötən bir il ərzində “Kəlbəcər” gəmisi ilə 123 min 72,91 ton neft və neft məhsulları daşınıb. (AZƏRTAC)