Agentlikdən bildirilib ki, bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulların Avropa bazarına ixracına imkan yaradır. Hazırda şirkət tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB, Avropa ölkələri ilə danışıqlar aparılır.
Qeyd edək ki, Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış “Desma” markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir. (AZƏRTAC)