26.12.2024, 22:20
AZ EN
26.11.2024, 08:47 257

Tural Gəncəliyev: “Xankəndi şəhərində yenidənqurma, bərpa işlərinin aparılması həqiqətən də hamımızı sevindirir”

XƏBƏRLƏR
  • “2025-ci il büdcə zərfinə daxil olan sənədlərin müzakirəmizə təqdim edilməsindən sonra bu sənədlərlə tanış olarkən ölkəmizin düzgün iqtisadi inkişaf strategiyasının olduğunu və düzgün inkişaf istiqamətində irəlilədiyimizin bir daha şahidi oluruq. Xüsusilə nəzərə alsaq, dünyada geosiyasi,  geoiqtisadi proseslər, çağırışlar, təhdidlər, elə tək regionumuz və ətrafında gedən proseslərə nəzər salsaq, tariximizin  ən böyük büdcəsini müzakirə edərkən və onun parametrləri ilə tanış olarkən biz sevinməyə bilmirik. Çünki həqiqətən də bu çox önəmli bir sənəd olaraq 2025-ci il büdcəsi tarixə düşəcək bir sənəddir”.

Bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev Milli Məclisdə keçirilən  büdcə müzakirələri zamanı deyib.

Millət vəkili qeyd edib ki, bunun bünövrəsində təbii ki, möhtərəm cənab Prezidentin Liderliyi altında xalqımızın son illər əldə etdiyi nailiyyətlər, uğurlar dayanır və xüsusilə də 44 günlük müharibədə xalqımızın qalib gəlməsi, bundan sonra iqtisadi inkişaf strategiyamızın daha sürətli şəkildə müəyyən olunması hamımızı gələcək yaxşı perspektivlər olduğuna əmin edir. Büdcənin əsas makroiqtisadi göstəricilərinə, parametrlərinə baxanda  burda xüsusilə də ümumdaxili məhsulun, ildən-ilə artan tempinin saxlanılması və artıma meylli şəkildə müəyyən olunmasını çox yaxşı bir hal kimi qiymətləndirirəm və xüsusilə də Azərbaycanın qlobal beynəlxalq münasibətlər səviyyəsində büdcədə nəzərdə tutulan  aspektlərlə tanış olarkən Azərbaycanın artıq yeni bir güc mərkəzi kimi meydana çıxdığını və  beynəlxalq münasibətlər, beynəlxalq hüquq çərçivəsində oynayacağı rolu da biz artıq indidən  görə bilirik: “Təsadüfi deyil ki, son keçən il ərzində Qoşulmama Hərəkatına etdiyimiz uğurlu sədrlik, dünyanın zülmə məruz qalmış, məşəqqətə məruz qalmış xalqlarının səsinin çatdırılması baxımdan.

Elə bir neçə gün bundan öncə ölkəmizdə dünya səviyyəli  BMT-nin nəzdində keçirilən COP29 konfransının uğurla, müvəffəqqiyyətlə təşkil olunması bir daha bizim artıq regional çərçivədən çıxaraq qlobal məsələlərə öz töhfəmizi, öz gücümüzü proyeksiya etdiyinin göstəricisidir. Cənab Prezident və Liderimiz artıq proseslərə xüsusi töhfələri olan bir Lider kimi dünyanın gözü qarşısındadır. Artıq elə bir proses yoxdur ki, istər qafqazlar, istər, Böyük Xəzər dənizi, Qara dəniz, istər Böyük Avrasiya regionunda elə bir proses, geosiyasi, geoiqtisadi proses yoxdur ki, orda Azərbaycanın iştirakı olmadan, töhfəsi olmadan məsələlər həll olunsun və təbii bir Qarabağı təmsil edən, eyni zamanda Xankəndi şəhərini təmsil edən millət vəkili kimi büdcəmizdə, xüsusilə də Qarabağın yenidən qurulması, bərpa edilməsi maddələrinə baxarkən də  sevinməmək mümkün deyildir. Xüsusilə də Böyük Qayıdış Dövlət Proqramının birinci fazası çərçivəsində 4 milyard manat vəsaitin proqnozlaşdırılması və təmsil etdiyim Xankəndi şəhərində də müvafiq  yenidənqurma, bərpa işlərinin aparılması həqiqətən də hamımızı sevindirir. Xüsusilə cənab Prezidentin Xankəndi şəhərində şanlı bayrağımızı qaldırdıqdan sonra şəhərin yenidən inkişafına bir stimul olması göz qabağındadır. Yeri gəlmişkən, fürsətdən istifadə edib, hökumət üzvlərinin burada olmasından fürsətdən istifadə edərək xahiş etmək istəyərdim ki, Böyük Qayıdış Proqramı çərçivəsində xüsusilə Xankədi şəhərində məşğulluq, iqtisadi inkişaf, kiçik və orta sahibkarlığın təşviq olunması, yardım edilməsi prosesində Xankəndi sakinlərinə bir prioritet güzəşt tanınsın. Təbii ki, melitokratiya prinsipləri nəzərə alınmaqla bu proseslər həyata keçirilir, keçiriləcək. Ancaq onu demək istəyirəm ki, 30 il ərzində Xankəndi şəhərini təmsil edən qurumlar təəssüf ki, Ermənistan işğal etdikdən sonra mövcud olmamışdır. Demək olar ki, keçmiş məcburi köçkünlər içərisində ən həssas, ən məşəqqətlərə məruz qalmış kateqoriya olan məhz Xankəndi seçiciləri idi ki, 30 il ərzində heç bir qurum bunların problemləri ilə məşğul olmurdu. Şükürlər olsun ki, bu gün artıq dövlətimizin müvafiq strukturları yaranmışdır. Xankəndidə fəaliyyət göstərir. Elə təkcə bu il ərzində görülən işləri  qeyd etmək lazımdır. Xankəndi şəhərində  yeni fəaliyyətə başlamış Tikiş fabriki, böyük ənənələri olan Qarabağ Universitetinin yenidən Xankəndi şəhərində fəaliyyətə başlaması həqiqətən  çox sevindiricidir.  Ona görə bir şəhərin, bir regionun  bərpa olunması, oranın yenidən rifah halının yüksəldilməsi, məhz orada yaşayan insanların rifah halının yüksəldilməsindən keçir. Ona görə də hökumət üzvlərindən xahiş etmək istərdim ki, istər yenə də bu sahibkarlıq fəaliyyətində, Xankəndi şəhərində gedən iqtisadi dirçəliş proseslərində, elə təhsil müəssisələri, Qarabağ Universiteti artıq dediyimiz kimi, fəaliyyət göstərir, əminəm ki, ümidvaram ki, bu regionun təhsil slikonuna çevriləcək, yəni ən böyük universitet artıq orda necə gözəl şəkildə fəaliyyət göstərir və bu baxımdan  Xankəndi sakinlərinin də melitokratiya prinsipi nəzərə alınaraq daha tez, daha güzəştli şərtlərlə orada işlə təmin olunması, məşğulluğunun təmin edilməsi və müvafiq onların geri qayıdışında bu güzəştli  prioritetin nəzərə alınmasını sizdən xahiş edirəm. Sonda onu demək istəyirəm ki,  büdcə peşəkar şəkildə, yüksək səviyyədə hazırlanmışdır. Qalib ölkənin, qalib büdcəsi olaraq, tariximizin ən böyük büdcəsi olaraq təbii ki, biz böyük məmnunluqla bu müzakirələrdə iştirak edirik. Mən Xankəndi millət vəkili kimi büdcəni dəstəkləyirəm və lehinə səs verəcəm”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər