Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.
“Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”, - deyə açıqlamada vurğulanıb. (AZƏRTAC)