Bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Yavuz Subaşı bildirib.
O deyib ki, Suriyaya qaz nəqli ilə bağlı həyata keçirilən layihə Azərbaycanın etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirib. “Cənub Qaz Dəhlizi, Trans-Adriatik təbii qaz boru kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi layihələr Azərbaycanın təbii qaz ixracının coğrafiyasının genişlənməsinə mühüm töhfələr verəcək. Azərbaycandan Türkiyəyə gələn təbii qazın artıq Kilis vasitəsilə Suriyaya verilməsinə başlanıb və gündəlik 6 milyon kubmetr gücündə qaz nəqli həyata keçiriləcək. Bununla, Suriyadakı elektrik stansiyalarının da yaxın zamanda işə salınacağı və təqribən 5 milyon ailəyə xidmət göstəriləcəyi gözlənilir. Azərbaycanın hasil etdiyi təbii qazın Avropadan sonra Yaxın Şərqdə də istifadə olunması Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı və strateji rol oynadığını göstərən mühüm amildir. Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında olub və biz daima Azərbaycanın uğurlarından qürur duymuşuq. Prezident İlham Əliyevin rəhbərliyi altında iri addımlarla irəliləyən Azərbaycana uğurlar arzulayıram”, - deyə o vurğulayıb. (AZƏRTAC)