23.12.2024, 07:33
AZ EN
01.12.2022, 18:10 346

Politoloq: “Azərbaycan Qarabağın toponimlərindən düzgün istifadə edilməsində israrlı olmalıdır”

XƏBƏRLƏR
  • “Azərbaycan Rusiya Müdafiə Nazirliyinə tələblərlə müraciət etməlidir ki, o, Qarabağdakı toponimləri düzgün göstərsin və Azərbaycan ərazisində müvəqqəti yerləşdirildiyi ərazilərdə qondarma erməni adlarından istifadə etməkdən imtina etsin”.

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Vurğulamaq lazımdır ki, bu adlar düzgün deyil və buna düzəliş edilməlidir. Əgər birinci dəfə bu işə yaramasa, onlar düzəliş edənə qədər Rusiya Müdafiə Nazirliyinə yazmaq və ya niyə erməni dilində olan adlarlardan istifadə etdiklərini soruşmaq lazımdır”, - o bildirib.

Politoloqun fikrincə, sülhməramlıların erməni əhalisi ilə daha çox ünsiyyətdə olması səbəbindən belə səhvlər yarana bilər: “Adların əsl, yəni Azərbaycan adları ilə əvəz edilməsinin vaxtı çatıb. Azərbaycan Müdafiə Nazirliyinin əvvəllər daha çox erməni nümayəndələri ilə təmasda olan Rusiya qurumuna müraciəti tamamilə başa düşüləndir. Hətta hesabatlarında erməni toponimlərindən istifadə edən sülhməramlılar da onların erməni əhalisi ilə daha çox ünsiyyət qurduğunu bildirirlər. Güman ki, Rusiya Müdafiə Nazirliyinin diqqəti Ukrayna istiqamətinə yönəlib, ona görə də adlarda belə səhvlər baş verib”.

D.Qrevtsova deyib ki, bu, Rusiya Müdafiə Nazirliyində işləyən erməni millətindən olan şəxslər tərəfindən qəsdən təşkil edilmiş təxribat da ola bilər: "Çox güman ki, bunlar texniki məsələlərdir və Azərbaycanın müraciəti əsasında düzəldiləcək".

Xatırladaq ki, son bir həftə ərzində Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş ərazilərdə yaşayış məntəqələri və coğrafi adlarla bağlı erməni adlarından istifadə etməsinə dair 5 bəyanat yayıb. (Report)

Oxşar xəbərlər