20.09.2024, 05:12
AZ EN
30.06.2023, 17:26 154

Marqus Tsaxna: Estoniya Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

XƏBƏRLƏR
  • Estoniyanın xarici işlər naziri Marqus Tsaxna iyunun 30-da Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşüb.

Ölkəmizin Estoniyadakı səfirliyindən bildiriblər ki, görüşdə ötən il fevralın 24-dən ölkəsinin xarici siyasətinin prioritetinin Ukrayna məsələsinin olduğunu bildirən Marqus Tsaxna rəsmi Tallinin rəsmi Kiyevə hər vasitə ilə dəstək göstərdiyini vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirib.

Azərbaycanın Ukraynaya yardımları barədə ətraflı məlumat verən səfir A.Məhərrəmov xarici işlər naziri Ceyhun Bayramovun Londonda keçirilən “Ukraynanın Bərpası Konfransı”nda iştirakının bu dəstəyin növbəti təzahürü olduğunu qeyd edib.

İkitərəfli münasibətlər haqqında danışan səfir əlaqələrimizin uğurla inkişaf etdiyini, son dövrdə ticarət dövriyyəsinin artdığını bildirib.

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesi, sülh müqaviləsinin imzalanması perspektivləri ilə maraqlanan estoniyalı nazirə bununla əlaqədar son görüşlərin XİN başçıları səviyyəsində Vaşinqtonda keçirildiyi barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın bu danışıqlarda mövqeyi bəllidir və ölkəmiz Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması məqsədilə tezliklə sülh müqaviləsinin bağlanmasının, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının tərəfdarıdır. Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdəki təşəbbüslərini yüksək qiymətləndirir, eyni zamanda, bəzi hallarda bu prosesə maneə törətmək istəyən qüvvələr tərəfindən gərəksiz “səy göstərilməsini” şiddətlə qınayır. .

Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki artan rolundan bəhs edən diplomat deyib ki, hazırda ölkəmiz Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 6 ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığına uyğun olaraq ölkəmizdən Avropa ölkələrinə “yaşıl enerji” də ixrac olunacaq. ("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR