04.08.2025, 12:18
AZ EN
04.08.2025, 09:00 218

Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir

XƏBƏRLƏR
  • "Azərbaycan qazı Suriyaya nəql edildi. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq. Bunadək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi.

Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək. Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kub metrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsi ilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır".

Bunu açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxilii elektrik enerjisi təminatını 2 dəfə yaxın yaxşılaşdıra biləcək:

Suriyanın enerji təlükəsizliyinə töhvə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır".

Regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhvə verən təşəbbüslərdən birinin məhz Cənub Qaz Dəhlizinin reallaşması olduğunu vurğulayan deputat qeyd edib ki, bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır: "Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha da güclənməsinə nail oluna bilindi.

Bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər