Məqalədə “Yaşat” Fondu tərəfindən dəvət olunmuş şəhid ailələri üzvlərinin Bakıya səfər etdiyi qeyd olunur. Müdafiə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev də iştirak edib.
Nəşrdə Zakir Həsənovun çıxışından sitatlar təqdim olunaraq, şəhid ailələrinə göstərilən daimi diqqətin əhəmiyyəti vurğulanıb.
“Görüş iştirakçıları Türkiyə və Azərbaycan arasında tarixi dostluq və qardaşlığın daha da möhkəmlənməsindən məmnunluqlarını ifadə ediblər”, – deyə məqalədə qeyd olunub. (AZƏRTAC)