Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, hazırda Qarabağda məskunlaşan, o cümlədən quruculuq işləri aparan şəxslərə tibbi xidmət göstərilir: "Azad edilmiş ərazilərə köçürülən əhalinin tibbi müayinələrinin aparılması intensiv olaraq davam etdirilir. Həmin müayinələr onların mövcud xəstəlikləri varsa, erkən müayinə olunması və zəruri yardım göstərilməsinə hədəflənib. İndiyə kimi Ağalıya, Laçına, Füzuliyə köçürülən sakinlərin tibbi müayinəsini təşkil etmişik və bu, davamlı olaraq aparılacaq”. (AZƏRTAC)