Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ekskursiya çərçivəsində könüllülər əvvəlcə Milli Parkın İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara Milli Parkın yaradılmasının məqsədi, eyni zamanda Zəngəzur Milli Parkının zəngin flora və faunası barədə ətraflı məlumat verilib. İştirakçılar park ərazisində mühafizə olunan nadir bitki və heyvan növləri ilə də tanış olublar.
Ekskursiyanın davamında könüllülər qış mövsümünə xas hava şəraitinə baxmayaraq park ərazisində yerləşən istirahət sahələrində asudə vaxtlarını səmərəli keçiriblər. Qarlı təbiət mənzərəsi fonunda gəzinti edilib, təbiətin qış gözəllikləri müşahidə olunub. (AZƏRTAC)