22.11.2024, 06:14
AZ EN
11.09.2024, 08:23 266

İmişlidə məcburi köçkünlərə məxsus ərazidə 4 529 hektar sahədə əkin aparılıb

XƏBƏRLƏR
  • İmişlidə Cəbrayıl rayonundan olan məcburi köçkünlərə məxsus torpaq sahəsində bu il 4 529 hektar sahədə əkin işləri aparılıb.

Əkin sahələrinin suvarılması işi ilə Dövlət Su Ehtiyatları Agentliyinin Cəbrayıl yerli istismar idarəsi məşğul olur.

İdarənin balansında 100 km-ə yaxın suvarma kanalı, 137 km-dən artıq kollektor-drenaj şəbəkəsi mövcuddur. Onlardan 33 km-i beton üzlüklü, 50 km-ə yaxını isə torpaq məcralı kanallardır.

Suvarma işləri aparılan sahələrdə bu il 1 080 hektarda taxıl, 1 833 hektarda yonca, 40 hektarda pambıq, 18 hektarda şəkər çuğunduru və digər bitkilər əkilib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR