22.11.2024, 04:17
AZ EN
19.08.2024, 15:36 273

Qarabağ və Şərqi Zəngəzurda yüksək maaş olan rayonlar - SİYAHI

XƏBƏRLƏR
  • Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda orta aylıq nominal əməkhaqqının məbləği  açıqlanıb.

"Vətən səsi" xəbər verir ki, siyahıda işğaldan azad edilmiş rayonların da adı yer alıb. Reytinq cədvəlində orta aylıq nominal əməkhaqqının məbləğinə görə işğaldan azad edilmi bölgələr arasında birinci yerdə Xankəndi qərarlaşıb. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli mantiterrpr tədbirlər zamanı separatçılardan təmizlənən Xankəndidə bu ilin birinci yarısında orta aylıq əməkhaqqının məbləği 1309 manat təşkil edib. Bu sırada 978 manatla ikinci yeri Ağdərə, üçüncü yeri Şuşa (908 manat) tutur. Hesabat dövründə Zəngilanda orta aylıq maaşın məbləği 872, Qubadlıda 814, Xocalıda 753, Cəbrayılda 728, Xocavənddə 696, Laçında 661, Ağdamda 640, Kəlbəcərdə 621, Füzulidə 609 manat olub.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR