Şuşa şəhərində bir sahibkarlıq subyekti kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90 faizə qədər zəmanətlə təmin edilib.
"Vətən səsi" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xalıyev deyib. Onun sözlərinə görə, fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb.
Xatırladaq ki, kredit-zəmanət və subsidiya mexanizminə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər. Kreditin faiz dərəcəsi maksimum 15 faizdir. Bunun 10 faizini fond sahibkarın əvəzinə subsidiyalaşdırır.
Elxan SALAHOV