19.06.2025, 04:23
AZ EN
18.03.2024, 17:16 283

Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti xəbər verir.

Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar, Cəbrayıldakı "Araz Vadisi İqtisadi Zonası" və Ağdam Sənaye Parkıdır. (Report)

Oxşar xəbərlər