02.07.2025, 01:41
AZ EN
12.05.2025, 09:27 222

"Zabux" və "Qarıqışlaq” KSES-lərdə indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

XƏBƏRLƏR
  • "Zabux" və "Qarıqışlaq” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.

Fəaliyyətə başladığı dövrdən bu ilin 1 may tarixinədək “Zabuz” KSES-də 11,6 milyon kilovat/saat, “Qarıqışlaq” KSES-də isə 9,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

2024-cü ilin 10 may tarixində Laçın rayonunda Həkəri çayının sağ qolu olan Zabux çayının üzərində yerləşən “Zabux” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları (KSES-lər) istismara verilib.

“Zabux” KSES ümumi gücü 2,8 MVt olmaqla, hər biri 0,7 MVt gücündə olan 4 hidroaqreqatdan, “Qarıqışlaq” KSES isə ümumi gücü 4 MVt olmaqla 1 hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır. (Trend)

Oxşar xəbərlər