31.07.2025, 05:19
AZ EN
10.07.2025, 10:41 227

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏRLƏR
  • Energetika naziri Pərviz Şahbazov Vyanada Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüş keçirib.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə TexnikiKomissiynın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrikstansiyası|nın istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - paylaşımda qeyd olunub. (APA)

Oxşar xəbərlər