22.11.2024, 07:21
AZ EN
15.03.2024, 15:32 255

Ağdamda ortopedik matras və mebellər istehsal olunacaq

XƏBƏRLƏR
  • "Komfy" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bununla da həmin sənaye zonasında sahibkarlıqü fəaliyyəti ilə məşğul olan rezident şirkətlərin sayı 21-ə çatıb.

"Vətən səsi" xəbər verir ki, "Komfy" MMC Ağdam Sənaye Parkının ərazisində daha çox tibb xidməti sahəsində istifadə olunan ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 2,3 milyon milyon olan müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, "Komfy" MMC yerli matras istehsalçısı kimi tanınır. Şirkət əsasən xüsusiləşdirilmiş tibb müəssisələri və reabilitasiya mərkəzlərində, habelə istirahət zonalarında istifadə olunan məhsulların idxalı və satışı sahəsində ixtisaslaşıb. Ağdam Sənaye Parkında rezident statusu alması isə "Komfy" MMC-nin yerli matras istehsalçısı kimi imkanlarını genişləndirəcək. Belə ki, şirkət yeni yaratdığı istehsal müəssisəsində klassik yaylı matraslar, poket yaylı hibrid matraslar, orqanik latex və memory foam matraslarla yanaşı müxtəlif növ yorğan, yastıq, matras üzlüyü və kimi məhsulların çeşidlərini artıracaq. Bu, işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılması ilə yanaşı, şirkətin öz məhsullarını yerli və xarici bazarlara çıxarmaq imkanlarını da genişləndirəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR