KOBİA-dan bildirilib ki, onlayn formatda keçirilən görüşdə İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Təbirdə işğaldan azad olunnmuş ərazilərdə fəaliyyət göstərən işəgötürən və işçilər arasında münasibətlərin tənzimlənməsi, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün qanunvericilikdə nəzərdə tutulan güzəştlər, əməyin birgə maliyyələşdirilməsi qaydaları, peşə kursları barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. (AZƏRTAC)