22.05.2025, 21:46
AZ EN
01.12.2023, 10:36 370

Qarabağda bir neçə müəssisənin tikintisi davam edir

XƏBƏRLƏR

"İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və rahat fəaliyyət göstərmələri nəzərə alınıb.

"Vətən səsi" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Gülüstan sarayında keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib. O, qeyd edib ki, Qarabağda qurulan sənaye parklarının ərazilərində minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıq yüksək olub: "Artıq bu ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tam olaraq təmizlənib. Hazırda işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur, bir neçə müəssisənin isə tikintisi gedir".

Elşad Nuriyev vurğulayıb ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir: "Həmçinin fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi kimi hallar istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır".

Agentliyin rəhbəri bildirib ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir.

Elxan SALAHOV

Oxşar xəbərlər