21.11.2024, 23:27
AZ EN
03.06.2022, 17:08 317

Əli Əliyev: Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir

XƏBƏRLƏR
  • Zod qızıl yatağının (Kəlbəcər) 76 faizi Azərbaycan ərazisindədir, 24 faizi isə Ermənistan ərazisində yerləşir.

Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür: “İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”. (APA)

Oxşar xəbərlər