“Vətən səsi” xəbər verir ki, Rayon Suvarma Sistemləri İdarəsi bununla bağlı açıq tender elan edib. Tender elanda cari təmir üçün tikinti materiallarının satın alınması nəzərdə tutulur. Müsabiqəyə qatılmaq istəyən iddiaçılar bunun üçün cəmi 100 manat iştirakhaqqı ödəməlidir. Müsabiqəyə təkliflərin təqdim olunması üçün son tarix oktyabrın 16-da başa çatır.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması vacibdir. Həmçinin tikinti işlərinin satınalınmasında iştirak etmək istəyən şirkət hüquqi-təşkilatı formasından asılı olmayaraq tenderdə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalıdır.
Tenderdə iştirak etmək istəyən iddiaçılar tələb olunan sənədlərin 06 oktyabr saat 12.00-dək Kəlbəcər Rayon Suvarma Sistemləri İdarəsinin Bərdə rayonu Lənbəran kəndində yerləşən inzibati binasındakı müvafiq komissiyaya təqdim etməlidir.
Elxan SALAHOV