Bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov deyib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin əsas vəzifələrindən biri işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin yaradılmasıdır. Vergi və gömrük güzəştlərinin tətbiqi, dövlət sosial sığorta ödənişləri ilə bağlı subsidiyalaşdırma, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, işğaldan azad olunmuş ərazilərə mütəxəssislərin cəlb edilməsi ilə bağlı əmək kvotasının yaradılması və iş icazəsinin verilməsi ilə bağlı artıq bir sıra tədbirlər görülür.
Belə ki, istehsal təyinatı məqsədilə idxal olunacaq xammal və materiallar, eləcə də texnika, texnoloji qurğuların 10 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Bununla bağlı artıq müvafiq qanunvericiliyə dəyişiklik edilib. Lakin hazırda məhsulların, texnika və texnoloji qurğuların siyahısı aidiyyəti dövlət qurumları ilə razılaşdırılır”. (AZƏRTAC)