27.07.2024, 13:27
AZ EN
14.04.2023, 16:29 264

Matviyenko: Rusiya Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin bağlanacağına ümid edir

XƏBƏRLƏR
  • Rusiya Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişinin bağlanacağına ümid edir.

Bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən sessiyasının yekunlarına dair brifinqdə deyib.

Matviyenko bildirib ki, Rusiya Federasiyası sülh müqaviləsinin imzalanması üçün mümkün olan hər şeyi edib və səylərini davam edir.

“Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - Matviyenko əlavə edib. (APA)

Oxşar xəbərlər