08.06.2025, 20:16
AZ EN
12.04.2023, 21:50 305

Deputat: Zəngəzur dəhlizi Qazaxıstan üçün də yeni fürsətlər yaradır

XƏBƏRLƏR
  • Dünyada gərginləşən siyasi manevrlər fonunda bir daha görürük ki, əsas məsələ təhlükəsizliyin təminatı və strateji tərəfdaşlıqların qurulmasıdır. Bu səbəbdən Azərbaycan milli maraqlara uyğun olaraq vacib əlaqələr yaradır. Dövlətimizin başçısı Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Türk dövlətləri arasında Qazaxıstanla əlaqələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Qazaxıstan liderlərinin sıx münasibətləri ölkələr arasında ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, Qazaxıstan ilə qarşılıqlı münasibətlərin daha da inkişafı zərurətdir. Bu gün Xəzəryanı regionlarda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlərdən tutmuş nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. “Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işlərə start verilməsi barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliliyini təmin edir. İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və xüsusilə Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün yeni fürsətlər yaradır. Yəni, Zəngəzur dəhlizinin yaradacağı yeni fürsətlər baxımından ölkələrimizin maraqları üst-üstə düşür”, - deyə o vurğulayıb.

Müşfiq Cəfərov diqqətə çatdırıb ki, iki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən daha bir fakt Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin açılmasıdır. Astananın mərkəzində Heydər Əliyevin adına küçənin yaradılması bu dost ölkənin Ulu Öndərin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətinin, dostluğunun, qardaşlığının əlamətidir.("AZERTAC")

Oxşar xəbərlər