20.06.2025, 08:07
AZ EN
19.01.2024, 18:49 292

Fransanın Azərbaycanafobiya siyasəti artıq bütün qırmızı xətləri keçməyə başlayır - Azər Qarayev

XƏBƏRLƏR
  • Fransa senatında anti-Azərbaycan sənədin qəbul olunması ölkəmizə qarşı həyata keçirilən qərəzli və düşmənçilik siyasətinin davamıdır.

Bu sözləri açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, bu qətnamə elə Yelisey Sarayının divarları arasında da məhvə məhkumdur:

"Çünki Fransa hökumətinin Azərbaycana qarşı qərəzli siyasəti artıq dünyada qəbul edilmir. Biz bunu son 4 il ərzində rəsmi Parisin istər BMT Təhlükəsizlik Şurasında olsun, istərsə də Avropa Şurası Parlament Assambleyası çərçivəsində anti-Azərbaycan qətnamələrinin taleyindən, bu istiqamətdəki "fəaliyyətlərindən" geriyə qalanlara əsasən deyə bilərik.

Yaxın keçmişə nəzər salsaq, əslində, Fransa Senatı oxşar qətnaməni 15 noyabr 2022-ci il tarixində də “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adı ilə qəbul etmişdi.

Rəsmi Parisin xüsusilə son zamanlar Bakıya qarşı müxtəlif istiqamətlərdə hücumları artıq beynəlxalq münasibətlərin, hüququn bütün prinsiplərini ayaq altına atmaqdan başqa bir şey deyil. Fransa Senatı Azərbaycan əleyhinə 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək, 17 yanvarda yeni qətnamə qəbul edibsə, bu Parisin ölkəmiz əleyhinə qarayaxma kampaniyasından əl çəkmədiyini növbəti dəfə özündə ehtiva edir.

Fransanın Azərbaycanafobiya siyasəti artıq bütün qırmızı xətləri keçməyə başlayır. Məhz bu səbəbdən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bəyanatda Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnaməyə tutarlı cavab əksini tapıb.

Son illərdə birbaşa təlimatlar əsasında açıq irqçi, anti-Azərbaycan və islamofob fəaliyyətini daha da intensivləşdirən, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edən Fransa siyasi dairələri, o cümlədən, Senatı və Milli Assambleyasına bundan tutarlı cavab ola bilməzdi.

Fransa Cənubi Qafqazdakı yeni reallıqları görməzdən gəlməklə ən böyük zərbəni elə özü-özünə vurmuş olur. Rəsmi Paris postmünaqişə dövründə Azərbaycanın imkanlarını və gücünü nəzərə almadan ardıcıl hücumlar həyata keçirdiyi üçün, ardıcıl rüsvayedici məğlubiyyəti dadmaqdadır. Əslində, bu cür düşüncəsiz, heç bir əsası olmayan anti-Azərbaycan addımları özünü daim Avropada demokratiyanın beşiyi adlandıran Fransaya daha bu cür terminlərin, ifadələrin də çətir rolunu oynayıb, onu xilas edəcəyinə çox da ümid bəsləməməlidir. Çünki günbəgün Fransa özünü, əsl simasını ifşa etməklə məşğuldur", - deyə A.Qarayev əlavə edib.

A.Qarayev bildirib ki, Paris regionda sabitlik tərəfdarı deyil. Daha konkret desək, Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir.

"Son aylar, xüsusilə keçən ilin 19-20 sentyabr lokal antiterror tədbirlərindən sonra Ermənistan – Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Elə bu səbəbdən də Fransa müxtəlif vasitələrə əl ataraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə mane törətməyə çalışır". (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR