13.07.2025, 19:16
AZ EN
02.07.2025, 10:34 112

Regiondakı gerçəklikləri ermənilər də anlamağa başlayıb

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan son 200 ildə ilk dəfə olaraq Rusiyanın region ölkələrinə münasibətdə yürütdüyü zorakı siyasətə qarşı eyni mövqedən çıxş edir. Bunu Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş zorakılıqlar fonunda Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvan-Moskva arasında uzun müddətdir davam edən diplomatik gərginliklə bağlı açıqlaması da təsdiqləyir.

"Vətən səsi" xəbər verir ki, Alen Simonyan Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılmasından danışarkən Kremli yalan və qərəzli informasiya siyasəti yürütməkdə qınayıb. O, rəsmi Kremli təlimatı əsasında Ermənistana qarşı əks-təbliğat aparan rusiyalı jurnalistləri "egenerasiya” adlandırıb, onları İrəvan-Moskva münasibətlərinə mənfi təsir göstərməkdə ittiham edib.

Ermənistan parlamentiniun rəhbəri ölkədə Rusiya telekanallarının yayımının dayandırılması məsələsinin aktual olduğunu və hazırda belə bir qərar layihəsinin nəzərdən keçirildiyini bildirib: "Bu manqurtların televiziya proqramları ölkəmizdə çoxdan bağlanıb, onlara giriş də qadağandır. Amma əgər onların dövlət televiziyası Ermənistanın daxili işlərinə qarışmağa cəsarət edirsə, biz də onların mənzillərimizə daxil olmasının qarşısını almalıyıq".

Alen Simonyan Ermənistan-Rusiya münasibətlərinin pisləşməsində, iki ölkə arasında qarşılıqlı etimadsızlığın yaranmasında erməni əsilli rusiyalı milyarder, "Taşir" sənaye-tikinti şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbsindən sonra rus telekanallarının apardığı kampaniyanın da mühüm rol oynadığını deyib.

Xatırladaq ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da rusiyalı siyasətçilər və ekspertlərin ölkənin daxili işlərinə qarışmaq hüququ olmadığını bəyan edib. Bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun Erməni Apostol Kilsəsini dəstəkləyən çıxışından sonra verilib.

Elxan SALAHOV

Oxşar xəbərlər