Bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycan bu məkrli planların qarşısını almaq üçün kifayət qədər gücə malikdir.
"Lakin bununla belə biz dost ölkələrlə əlaqələrimizi möhkəmləndirməliyik. Bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) önəmini qeyd etmək istəyirəm. TDT ilə daha dərindən inteqrasiya etmək üçün işlər görülür. Son dövrlərdə cənab Prezident İlham Əliyevin türk dövlətlərinə səfərləri də vacib əhəmiyyətə malikdir. Biz TDT dövlətləri ilə təkcə humanitar, iqtisadi məsələləri deyil, hərbi, təhlükəsizlik məsələlərini də müzakirə etməliyik", - deyə o qeyd edib. (Trend)