Bu fikirlər Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşımında yer alıb.
Binəli Yıldırımın bayram mesajında bildirilir: “Bu gün Qarabağ torpaqlarının azadlığa qovuşduğu şanlı günün ildönümüdür.
Bu gün 44 gün davam edən haqlı mübarizənin Zəfər Günüdür. Qardaşlarımı ən səmimi arzularımla təbrik edirəm”.
Mesaj #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb. (AZƏRTAC)