09.06.2025, 04:30
AZ EN
11.03.2023, 14:50 285

Azərbaycanın NATO-dakı nümayəndəsi: "Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər"

XƏBƏRLƏR
  • "2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər".

Bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı. (Report)

Oxşar xəbərlər