22.11.2024, 12:27
AZ EN
05.08.2024, 10:24 274

Rusiyalı polkovnik: "Erməniləri böyük faciə gözləyir"

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizi ABŞ və NATO-nun çoxdankı arzusudur. Onlar istəyirlər ki, keçmiş sovet ölkələrini idarə etsinlər. Lakin biz buna Çinlə mane oluruq, çünki başqa yol layihəmiz var. Kim bunda iştirak etmək istəyirsə, qoy etsin. Hazırda Mərkəzi Asiyaya nəzarət uğrunda ciddi mübarizə gedir”.

"Vətən səsi" xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranets deyib. O, ABŞ-ın əsas məqsədinin Ermənistanda Rusiyanın nəzarətinə son qoymaq olduğunu söyləyib: “Paşinyan hazırda KTMT-dən çıxmaq kursu götürüb. Mən diplomatik dillə danışmıram, Ermənistan özü Rusiyadan ayrılır. Erməni xalqı Rusiyadan üz çevirmir, bunu edən rəhbərlikdir, onu isə ABŞ məcbur edir. Ermənistanın Rusiyadan uzaqlaşması ABŞ-ın qızıl arzusudur. Bir sözlə, Moskva və Vaşinqton arasında İrəvan uğrunda böyük mübarizə gedir.

Viktor Baranets vurğulayıb ki, Amerikanın Rusiya-Ermənistan münasibətləri üzərindən qalib çıxması Rusiya üçün çox böyük uğursuzluqlara yol aça bilər: "Hazırda ABŞ ciddi inkişaf edib. Ermənistanda siyasi nüfuzun itirilməsi Rusiyaya böyük bədbəxtliklər vəd edir. Başa düşürsünüz ki, əvvəl-axır amerikalılar Paşinyandan bizim hərbi bazamızı çıxarmasını istəyəcəklər?! Bəs, bundan sonra nə olacaq? Mən aydın görürəm ki, İrəvan və Moskva münasibətləri bu ssenari üzrə inkişaf etsə, erməni xalqını böyük tarixi faciə gözləyir”.

Elxan SALAHOV

Oxşar xəbərlər