Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında söyləyib.
“Biz əminik ki, qüdrətli Türkiyə dövləti bunun öhdəsindən gələcək. Azərbaycan dövləti adından Prezident İlham Əliyev bunu artıq bəyan edib ki, biz ilk dəqiqələrdən, ilk saatlardan türkiyəli bacı və qardaşlarımızın yanında olmağımızla bərabər, bütün bu proseslərdə, o cümlədən bərpa-quruculuq işlərində də Türkiyənin yanında olacağıq”, - deyə Ceyhun Bayramov vurğulayıb. (AZƏRTAC)