12.03.2025, 15:06
AZ EN
27.01.2023, 17:39 259

Fransalı politoloq: “Terror qorxaqların silahıdır”

XƏBƏRLƏR
  • "Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə hücum onu ​​göstərir ki, bəzi qüvvələr Qafqazda sülh olmasını istəmir".

Bunu Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru, fransalı politoloq Erik Qozlan deyib.

“Terror qorxaqların, arqumenti olmayanların, eləcə də sülhdən imtina edənlərin silahıdır”, - o bildirib.

Politoloqun fikrincə, Avropa və ABŞ İranın Qafqazda müharibə oyunu oynadığını anlamalıdır.

“Onlar “mollalara” yaxın olanların bu prosesdən uzaqlaşdırılmasını tələb edərək sülhün təmin edilməsinə nail olmalıdırlar”, - E.Qozlan əlavə edib. (Report)

Oxşar xəbərlər