08.09.2024, 05:53
AZ EN
27.06.2024, 10:34 251

Ermənistan müharibədəki uğursuzluğu Rusiyanın boynuna yükləmək istəyir

XƏBƏRLƏR
  • "Ermənistan hakimiyyəti müharibədə məğlubiyyətlərinin günahını hələ də başqa yerlərdə axtarırlar".

"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistan Təhıükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı" açıqlamasını şərh edərkən belə deyib. Əslində Rusiyanın Ermənistanın maraqlarına xidmət etdiyini deyən Qriqoryanın fikirlərinin həqiqətdən çox olduğunu deyən politoloq Azərbaycan ərazilərini məhz Rusiyanın köməyi ilə işğal olunduğunui və Ermənistana hərbi-siyasi dəstəyin İkinci Qarabağ müharibəsində də davam etdiyini xatırladıb: "Bunlar hələ də müharibədə məğlubiyyətlərinin günahını başqa yerlərdə axtarırlar. İşğala və Azərbaycan torpaqlarında separatizmə son qoyulub, sadə məntiq budur. Bəs, Qriqoryan niyə onu demir ki, Rusiya İkinci Qarabağ müharibəsinin gedişində də Ermənistana silah və hərbi texnika təhcizatını dayandırmırdı, daşınma Mərkəzi Asiyanın hava sahəsi üzərindən və İrandan quru yolla həyata keçirilirdi. Ermənistan müharibə dövründə şəhərlərimizi, o cümlədən Tərtəri, Bərdəni, Gəncəni və Mingəçeviri Rusiyadan aldığı raketlərlə vurur, mülki insanlarımızı öldürürdü. Rusiya bizi dayandırmasaydı, Xankəndini 2023-cü ilin sentyabrında deyil, 2020-ci ilin noyabrında azad edərdik".

Politoloq deyib ki, Qriqoryanın yanlış məntiqinə görə, Rusiya hərbçiləri Qarabağda yerləşdikdən sonra separatçıları qorumalı imiş. Onun sözlərinə görə, əslində Rusiya hərbi kontingenti Qarabağda olduğu müddətdə separatçılara kifayət qədər dəstək verib, onların hərbi nəqliyyat vasitələrini müşayiət edib, Laçın yolu üzərindən Ermənistandan Qarabağa silah-sursat daşınmasına və torpaqlarımızda minaların döşənməsinə şərait yaradıb: "O başqa məsələ ki, Rusiya ötən ilin sentyabrında Azərbaycan ordusunun anti-terror əməliyyatına mane olmadı. Mane ola da bilməzdi, ərazi bütövlüyümüzü təmin etməli, yarımçıq qalan işi yekunlaşdırmalıydıq. İndi Ermənistan hakimiyyətinin Kremllə münasibətləri pozulub deyə, bütün günahları Rusiyanın boynuna yükləmək istəyirlər. Unudurlar ki, torpaqlarımızı bu gün quruluşunun 106-cı ilini qeyd etdiyimiz ordumuz azad edib! Heç kim Qarabağı və Şərqi Zəngəzuru bizə nimçədə verməyib"

Xatırladaq ki, Ermənistan Təhıükəsizlik Şurasının katibi Armen Qriqoryan dünənki açıqlamasında Qarabağdakı məğlubiyyətin məsuliyyətini Rusiyanın üzərinə atıb: “Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Bu reallıqdı. Rusiya aldı, mən bunu təsdiq edirəm. Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibinin iddialarını revanşizmin təzahürü kimi dəyərləndirib: "Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyərək, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub etmiş, mütləq hərbi qələbə qazanmış, Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Ermənistan rəhbərliyi ordu sıralarında 10.000 nəfərdən artıq fərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrında həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilmiş və Qarabağ tam azad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülmüşdür. Həm 44 günlük Vətən müharibəsi, həm də anti-terror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir. Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.

Elxan SALAHOV

Oxşar xəbərlər