19.10.2024, 15:47
AZ EN
12.01.2023, 13:54 239

Dövlət Baxçalının qazilərimizə hədiyyəsi

XƏBƏRLƏR
  • Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Boz qurd” nişanı hədiyyə edib.

525.az bu barədə MHP-nin mətbuat xidmətinə istinadən xəbər verib.

Qeyd edək ki, bu gün MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın da, özünün tviterdəki səhifəsində görüşlə bağlı paylaşım edib: “Qarabağda 30 illik erməni işğalını 44 gündə başa vuran azərbaycanlı qazilərimizi rəhbərimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızılı boz qurd döş nişanı verən liderimizə veteranlarımız adından minnətdarlığımı bildirirəm”.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər