19.10.2024, 23:25
AZ EN
28.12.2022, 12:54 499

Xatirə Vəliyeva: “Biz birlikdə yaşamalıyıq, çünki mənim evim ordadır”

XƏBƏRLƏR
  • “Bu gün Azərbaycanın Xankəndi şəhərinin Ermənistan tərəfindən işğal olunmasının 31 ili tamam olur. 1991-ci ilin dekabrın 28-də sonuncu azərbaycanlı məcburən Xankəndini tərk edib”.

Bunu Xankəndində doğulub boya-başa çatan, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib. O, bildirib ki, elə bir Xankəndi sakini  yoxdur ki, öz doğma evinə qayıtmaq istəməsin. Biz Xankəndinə qayıtmaq üçün tam hazırıq: “31 ildir ki, biz bunu deyirik. Mən bunu dəfələrlə demişəm ki, ermənilərlə yaşamağa hazırıq. Ona görə ki, qonşum olan ermənini yaxşı tanıyıram, bilirəm. O vaxtlar yerli ermənilərin bir çoxu bizə qarşı olan hücumlara qoşulmurdular. Hücum edənlər İrəvandan, xaricdən gələn ermənilər idi. İrəvandan gələnlər həbsxanadan buraxılmış cinayətkarlar idilər. Amma yaxşı sözünü bütün Xankəndi ermənilərinə şamil etmək olmaz. Elə qonşular da vardı ki, azərbaycanlıların evlərinin yandırılmasını təşkil edirdi, əşyalarını yağmalayırdı”. 

“Xankəndində 11 orta məktəb var idi. Onların ikisi sırf azərbaycanlılara aid idi, 5 saylı rus məktəbinin şagird sayı az olduğuna görə məktəb ləğv edilmişdi.

4 və 6 saylı azərbaycanlılara aid olan məktəb isə 1991-ci ildə məcburi köçürülməyə məruz qalaraq Gəncə və Bakıda fəaliyyət göstərir. 1988-ci ildən 2022-ci ilə qədər Xankəndi şəhərində cəmi 8 məktəb fəaliyyət göstərir. Məktəblərin sayı artmayıb. Belə olan halda, Xankəndində necə 120 min  erməni əhalisi ola bilər?

Orada xaricdən və İrandan gətirilən ermənilər hesabına ən uzağı 25 min insan yaşaya   bilər. Nəzərə alsaq ki, o zaman azərbaycanlıların ailələrində 5-8 uşaq, erməni ailələrində isə 2-3 uşaq olurdusa, məntiqlə düşünsək, hazırda 120 min erməni yaşayırsa, bəs niyə məktəblərin sayı 8 olaraq qalıb? Hələ onu demirəm ki, o vaxtlar azərbaycanlıları rəsmi qeydiyyata almırdılar. Səbəb də o idi ki, bizim sayımızı aşağı göstərsinlər”-, deyə QHT sədri vurğulayıb.

O, daha sonra bildirib ki, biz ordan məcburən çıxanda qonşu ermənilər pis olmuşdular, əşyalarımızı toplayanda ağlaya-ağlaya bizə kömək edirdilər. Biz bina evində yaşayırdıq. Saqqallılar hücum edəndə qonşuluqda yaşayan ermənilər binanın həyətinə düşüb, onların qarşısını almış, bizim evimizin yandırılmasına icazə verməmişdilər.

Xatirə Vəliyeva Xankəndi-Şuşa yolunda keçirilən aksiyada iştirak edərək, erməni dilində Xankəndi ermənilərinə müraciət edib: “Biz birlikdə yaşamalıyıq, çünki mənim evim ordadır. Əminik ki, çoxunuz bunu istəyirsiniz. Ötən günləri yada salın. Xankəndi Azərbaycan şəhəri olsa da, ancaq siz bizdən imtiyazlı idiniz. İndi də onu sizlərə çatdırmaq istəyirəm biləsiniz ki, Azərbaycan dövləti sizə sahib çıxacaq. Sizi terrorçuların zülmündən qurtaracaq. Qorxmayın, siz də istəyinizi dilə gətirin. “Biz də Azərbaycan vətəndaşı kimi Azərbaycan bayrağı altında yaşamaq istəyirik”- deyin. Vardanyana, Arayikə münasibətinizi bildirin. Arayik sizin hesabınıza varlanır, şəxsi mənafeyini güdür. Vardan çirkli pulların yuyulması məqsədilə gəlib Xankəndinə. Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməyə gəlib. Anlayın artıq bunu, onlardan sizə xeyir yoxdur”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər