12.09.2025, 03:44
AZ EN
11.09.2025, 18:30 121

Ermənistanın Baş naziri NATO-dakı səfirlərə Azərbaycanla razılaşmaların nəticələrini təqdim edib

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə səfərdə olan NATO-da akkreditə olunmuş səfirlərlə Azərbaycanla əldə edilmiş Vaşinqton razılaşmalarını müzakirə edib.

Görüş zamanı Ermənistan və Alyans arasında tərəfdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər əməkdaşlığın davam etdirilməsinin və inkişafının vacibliyini vurğulayıblar.

Paşinyan Ermənistanın sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı siyasətini təqdim edib. Bu kontekstdə baş nazir avqustun 8-də Ermənistan və Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinə, eləcə də sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasına istinad edib.

Baş nazir vurğulayıb ki, Ermənistan beynəlxalq tərəfdaşlarla, o cümlədən NATO ilə əməkdaşlığa önəm verir ki, bu da regionda təhlükəsizlik və sabitlik gündəliyinin irəliləməsinə töhfə verir.

Səfirlər Vaşinqton Bəyannaməsinin imzalanmasını və sülh sazişinin paraflanmasını alqışlayıb, bunu regionda uzunmüddətli sabitliyin təmin edilməsi yolunda çox mühüm addımlar adlandırıblar.

Görüş zamanı regional təhlükəsizlik, Ermənistanda islahatlar proqramı və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (Report)

Oxşar xəbərlər