02.03.2026, 18:16
AZ EN
15.01.2026, 15:28 143

Rusiya və Türkiyə “Tramp Marşrutu”ndan kənarda qalır, sərhəd və kömrük nəzarəti isə...

XƏBƏRLƏR
  • Rusiya və Türkiyə “Tramp Marşrutu”nda olmamalıdır, TRIPP layihəsində Ermənistan və ABŞ-dən başqa heç bir səhmdar iştirak etməyəcək.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya və Türkiyənin layihəyə səhmdar kimi cəlb edilməsinin mümkünlüyü ilə bağlı dolaşan söz-söhbətlərə cavab olaraq bildirib. O, qeyd edib ki, TRIPP layihəsi yaradılacaq şirkətin səhmdarlarının yalnız ABŞ və Ermənistan olması nəzərdə tutulur. Baş nazirin sözlərinə görə, əgər ba.qa səhmdarların cəlb edilməsi məsələsi ortaya çıxsa, bu yalnız iki ölkənin razılığı ilə həyata keçirilməlidir: "Mənim mövqeyim belədir ki, TRIPP-də başqa səhmdarlar olmamalıdır. Amma TRIPP başqa infrastruktura da bağlıdır, söhbət Transxəzər dəhlizindən gedir. Bu, çoxsaylı dəmir yolu, qaz-neft kəmərləri, elektrik xətləri və sairəni nəzərdə tutur. Bütün bu infrastruktura fərqli investorlar cəlb oluna bilər".

Ermənistan lideri ABŞ administarsiyasının dəstəklədiyi "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsinə Rusiyanın mümkün təsirlərindən də danışıb. Paşinyan qeyd edib ki, rəsmi  İrəvan Moskvadan ciddi maneələr gözləmir. Əksinə, o, Yerasx və Axurik, həmçinin İcevanda dəmir yolunun tezliklə bərpasını ümid edir. Onun sözlərinə görə, "Tramp Marşrutu" digər ölkələr üçün müxtəlif sahələrdə yeni imkanlar yaradır və onlar bu imkanlardan istifadə edə bilərlər.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə layihənin icrası ilə bağlı çərçivə sənədində nəzərdə tutulmuş qaydalardakı bəzi müddəalardan danışarkən maraqlı məqamları açıqlayıb. O, qeyd edib ki, Ermənistanın təhlükəsizlik və gömrük orqanlarının əməkdaşları "TRIPP yolu"nun ölkə ərazisindən keçən marşrutlarında fiziki olaraq iştirak edəcəklər: "Zəngəzur dəhlizinin Ermənistana aid hissəsində sərhəd və gömrük nəzarəti İrəvanın suveren hüququ kimi müəyyən edilib".

ABŞ-la ikitərəfli formatda imzalanmış həmin sənədi şərh edən Mirzoyan vurğulayıb ki, sərhəd və gömrük sahəsində bütün suveren səlahiyyətlər yalnız Ermənistanın dövlət orqanları tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, bu, "bek-ofis" funksiyasına aid orqanların səlahiyyətindədir: "Yəni, son gömrük qərarları, təhlükəsizliyin təmin edilməsi tədbirləri, miqrasiya nəzarəti, zərurət yarandıqda hüquq-mühafizə tədbirləri, eləcə də icazələrin verilməsi, yoxlama və nəzarətlər yalnız Ermənistanın səlahiyyətli orqanlarının istisnasız səlahiyyətindədir".

Erməni nazir əlavə edib ki, "front-ofis" nümayəndələri TRIPP şirkəti ilə müqavilə əsasında işləyən özəl operatorlar yalnız köməkçi funksiyalar yerinə yetirəcək və qərar qəbul etmək səlahiyyətinə malik olmayacaqlar. Onun sözlərinə görə, razılaşmaya əsasən, Ermənistan məmurları bütün sərhəd və gömrük müəssisələrində fiziki iştiraklarını saxlayacaqlar.

Elxan SALAHOV

Oxşar xəbərlər