10.09.2025, 20:50
AZ EN
23.04.2024, 09:45 357

Paşinyan yenə KTMT-dan gileylənib

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü səhər paylaşımında xəbər verilib ki, baş nazir Nikol Paşinyan Böyük Britaniyanın bir qrup jurnalisti ilə müsahibəsində yenə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərə toxunub.

O, deyib ki, Alma-Ata bəyannaməsinə rəğmən KTMT üzv dövlətlərin ərazi bütövlüyünün qorunmasında bilavasitə məsuliyyət daşıyır. Amma Ermənistana qarşı belə mexanizmlər istifadə edilməyib və guya ona görə də onun ərazisinin müəyyən hissəsi "zəbt edilib". Rusiya Federasiyası hökumətinin Ermənistanı indi də dəstəkləmədiyini deyən erməni baş nazir sərhədlərin müəyyənləşdirilib təsdiqlənməsi üçün təklif olunan xəritə ilə də razılaşmadığını diqqətə çatdırıb. O, əlavə edib ki, Rusiya və Yaponiya arasında da sərhədlər delimitasiya olunmayıb. Ermənistanın KTMT-da qalıb-qalmayacağı məsələsi barədə hələ tam fikir formalaşmadığını bildirən N.Paşinyan bu məsələnin qarşılıqlı anlaşma şəraitində bundan sonra da müzakirə olunacağına inam ifadə edib.

Ümumiyyətlə isə, müsahibədən görünən odur ki, erməni baş nazir hamının onların necə deyərlər, nazı ilə oynamasını istəyir. Siyasətdə isə  bu qəbuledilməzdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər